Blinken İsrail və Fələstinə səfər edəcək

 Blinken İsrail və Fələstinə səfər edəcək
  21 May 2021    Oxunub:661
ABŞ-ın dövlət katibi Entoni Blinken İsrail və Fələstinə səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib. Onun sözlərinə görə, Blinken hər iki ölkədən olan həmkarları ilə görüşlər keçirəcək

Xarici işlər nazirləri, həmçinin Misirə Orta Şərqdəki vasitəçilik səylərinə görə təşəkkür ediblər. Prays qeyd edib ki, dövlət katibi bölgədə sabitliyin qorunması üçün ABŞ-ın bütün müttəfiqləri ilə yaxın təmasda olacaq.

Mayın 20-də Blinkenlə İsrailin xarici işlər naziri Qabi Aşkinazi arasında iki dəfə telefon danışığı olub.

Qeyd edək ki, bu gündən Qəzzada atəşkəs barədə qərar qüvvəyə minib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: EntoniBlinken  





Xəbər lenti