Paşinyana etiraz edən müharibə iştirakçıları döyüldü - VİDEO

Paşinyana etiraz edən müharibə iştirakçıları döyüldü -  VİDEO
  21 May 2021    Oxunub:830
Dünən Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirən müxalif qüvvələrə qarşı polis zorakılığı olub.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Aksiyadan görüntülər paylaşan erməni mətbuatı Paşinyanın hakimiyyəti dövründə polislərin daha qəddar olmasını diqqət çəkən məqam kimi qeyd ediblər. Ermənistandakı aksiyada polis əməkdaşları tərəfindən döyülənlər arasında müharibə iştirakçıları da olub.

"Dünən axşam saatlarında polislər etiraz edən şəxslərə qarşı xüsusi qəddarlıq nümayiş etdirdilər. Xuntaya tabe olan və xidmət edən bu mənşəyi bilinməyən polis məmurları İkinci Qarabağ müharibəsinin iştirakçısı olan şəxsləri də döyərək saxlayıblar", -deyə məlumatda qeyd olunub.



Tural Tağıyev
Azvision.az


Teqlər: Polis   Zorakılıq   İrəvan  





Xəbər lenti