Ermənistanda virusdan ölüm sayı 4371-ə çatdı

Ermənistanda virusdan ölüm sayı 4371-ə çatdı
  21 May 2021    Oxunub:637
Ermənistanda son sutka ərzində daha 140 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 221 699 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4371-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1072 nəfərdir.

Aktiv xəstələrin sayı 5792 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti