“Azərbaycan bütün zəruri nəqliyyat layihələrini tamamlayıb” - Prezident

 “Azərbaycan bütün zəruri nəqliyyat layihələrini tamamlayıb” -    Prezident
  21 May 2021    Oxunub:2133
Azərbaycan qazı Avropa qitəsi üçün yeni qazdır, hazırda Avropaya qazın yeganə yeni mənbəyidir və cəlb olunmuş ölkələr arasında böyük dərəcədə ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirib. Beləliklə, bu məsələ tamamlanmış kimi hesab olunur.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi və Nazarbayev Universitetinin İdarə Heyətinin üzvü Deyvid Merkelin sualını cavablandırarkən söyləyib.

“İstənilən sanksiyalara qarşıyıq” - İlham Əliyev
Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstəkdən və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən danışan dövlətimizin başçısı deyib: “Bunlar da beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq”.

Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, bu iki mühüm sahə - enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq, - çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olacaq, - həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək. Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur və əlbəttə ki, qarşılıqlı dəstəyin səviyyəsi artacaq.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti