Macarıstanda məcburi maska ​​rejimi ləğv edilir

Macarıstanda məcburi maska ​​rejimi ləğv edilir
  21 May 2021    Oxunub:627
Macarıstanda koronavirus pandemiyası ilə əlaqəli bir sıra sanitariya məhdudiyyətləri ləğv ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Obran deyib.

"Komendant saatı və ictimai yerlərdə maska taxmaq məcburiyyəti ləğv ediləcək", - Baş nazir vurğulayıb.

Bundan əlavə, açıq havada 500-dən çox insanın iştirak etdiyi tədbirlərə və idmanla məşğul olmağa icazə veriləcəkdir. Toylar məhdudiyyət qoyulmadan keçirilə bilər. Baş nazirin sözlərinə görə, bu tədbirlərin qüvvəyə minmə tarixi barədə qərar hələ verilməyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Macarıstan  





Xəbər lenti