Rusiya Qarabağa UNESCO missiyasının tezliklə göndərilməsini istəyir

Rusiya Qarabağa UNESCO missiyasının tezliklə göndərilməsini istəyir
  21 May 2021    Oxunub:1249
Qarabağda mədəni-tarixi irsin qorunması mövzusu rəsmi Bakı və İrəvanla təmaslarda mütəmadi olaraq müzakirə edilir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu məsələ Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana may ayında etdiyi səfər zamanı müzakirə olunub.

"Rusiya regiona UNESCO missiyasının tezliklə göndərilməsinin tərəfdarıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il aprelin 13-də qəbul etdikləri bəyanatda dini-mədəni irsin mühafizəsi və qorunmasının Azərbaycan və Ermənistandan əlavə səylər tələb edən məsələlər sırasında olduğu vurğulanıb”, - XİN rəsmisi qeyd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: MariyaZaxarova  





Xəbər lenti