ABŞ-a qaçan Ovanisyan İrəvana qayıtdı

 ABŞ-a qaçan Ovanisyan İrəvana qayıtdı
  21 May 2021    Oxunub:1333
Ermənistan müdafiə nazirliyinin keçmiş nümayəndəsi Artsrun Ovanisyan gizli şəkildə İrəvana qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ovanisyanın hava limanından fotosunu yayan erməni saytları yazırlar ki, o, vəzifəsindən ayrılandan sonra da bahalı həyatından geri qalmır:

"Los-Anceles-İrəvan biznes-klass üzrə biletlərin qiyməti minimum 4 min dollardır. Artsrun Ovannisyanın bu qədər lüks həyatı hansı yollarla əldə etdiyi, hansı maliyyənin hesabına yaşadığı bəlli deyil. Yəqin ki, nazirliyin keçmiş rəsmisi Qarabağın əldən verilməsi və 5 min hərbçinin öldürülməsində iştirak edərək insanları 44 gün aldatdığı üçün böyük miqdarda pul "mükafatı" alıb".

Qeyd edək ki, bu günlərdə erməni deputat Gevorq Petrosyan parlamentdə çıxışı zamanı xalqı aldadan məmurların mühakimə olunmasını təklif etmişdi. O, bu istiqamətdə ilk olaraq Artsrun Ovanisyandan başlamağı vacib saymışdı. Deputatın fikrincə, Ovanisyan İrəvana gələn kimi həbsə atılmalıdır.

Xatırladaq ki, Artsurun Ovanisyan İkinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlər barədə yalan məlumatlar verməsi ilə yadda qalıb. O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini "takitiki geri çəkilmə" adlandırırdı. Lakin sonradan Ovanisyanın yalanları üzə çıxdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa verdi.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Ovanisyan  





Xəbər lenti