Türkiyə Qəzzada atəşkəsi alqışladı

Türkiyə Qəzzada atəşkəsi alqışladı
  21 May 2021    Oxunub:784
Türkiyə İsraillə Fələstin arasında atəşkəsin əldə edilməsindən məmnundur və bunun davamlı olacağına ümid edir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda vurğulanıb ki, vacib olan təkcə atəşkəsin əldə edilməsi yox, problemin iki dövlət əsasında həllidir.

“Beynəlxalq ictimaiyyətdən, xüsusilə BMT Təhlükəsizlik Şurasının üzvlərindən məsləyə tamamilə son qoymaq üçün hərəkətə keçməsini gözləyirik. Qəzzaya lazım olan təcili humanitar yardımı çatdırmaq üçün bölgəyə fasiləsiz girişi təmin etmək vacibdir. Türkiyə haqq işində Fələstin xalqının yanında olmağa davam edəcək və hər sahədə Fələstinə tam dəstək verəcəkdir".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti