Ermənistanda zirehli maşın dərəyə aşdı, hərbçi öldü

Ermənistanda zirehli maşın dərəyə aşdı,  hərbçi öldü
  21 May 2021    Oxunub:1060
Ermənistan Silahlı Qüvvələrinin zirehli avtomobili qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, avtomobilin sürücü-mexaniki qəza nəticəsində ölüb.

“Mayın 20-də saat 19:00 radələrində döyüş növbətçiliyi bölgəsinə gedən zirehli avtomobil hərəkət istiqamətindən çıxaraq 100 metrlik dərəyə yuvarlanıb. Hadisə nəticəsində həqiqi hərbi xidmətdə olan sürücü Arman Qambaryan (2020-ci ildə orduya çağırılıb) aldığı xəsarətlərdən ölüb.

Hadisənin ilə bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti