Lavrov: “Qərblə dost olmağa hazırıq”

  Lavrov:  “Qərblə dost olmağa hazırıq”
  21 May 2021    Oxunub:1137
“Biz Qərblə dost olmağa hazırıq, ancaq ölkəmizin əsrlər, minilliklər boyunca babalarımızdan miras aldığımız ləyaqət hissi ilə”.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN başçısı bildirib ki, vətəndaşların rifahı Rusiyanın xarici siyasətinin əsas məqsədidir.

"Biz həmişə milli qürurumuzu saxlamışıq, bu, çox vacib xüsusiyyətdir. Moskva hər zaman eyni ədalətli şərtlərdə əməkdaşlıq etməyə hazır olan istənilən ölkə ilə açıq, sərbəst və bərabər dialoqa hazır olacağını qeyd edib", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Avrasiya, Latın Amerikası və Afrikadakı xarici ölkələrin mütləq əksəriyyəti eyni mövqeləri tutur, ədalət prinsipinin, beynəlxalq məsələlərdə bərabərliyin və maraqlar balansının axtarılmasının vacibliyini başa düşürlər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: SergeyLavrov  





Xəbər lenti