Rusiya ilə Gürcüstan arasında Qarabağ müzakirəsi

 Rusiya ilə Gürcüstan arasında Qarabağ müzakirəsi
  21 May 2021    Oxunub:1111
Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin rəhbəri Qriqori Karasin və Gürcüstanın Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Qarabağa dair 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası kontekstində Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin blokdan çıxarılmasının yaradacağı yeni imkanları müzakirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə senatorun mətbuat xidməti məlumat yayıb.

Videokonfrans formatında baş tutan müzakirələrdə iki ölkənin Xarici İşlər Nazirliyinin və nəqliyyat departamentlərinin nümayəndələrinin də iştirak ediblər.

Rusiya Federasiyası və Gürcüstanın nümayəndələri, 28 yanvar 2021-ci il tarixində Yuxarı Lars - Kazbeq dövlətlərarası avtomobil keçid məntəqələrinin və yol infrastrukturunun modernləşdirilməsinə dair toplantının nəticələrini alqışlayıblar.

Tərəflər nəqliyyat əlaqələrini yaxşılaşdırmaq üçün gələcək addımların koordinasiyasını davam etdirmək barədə razılığa gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QriqoriKarasin  





Xəbər lenti