Ermənilər Paşinyanın deputatını təhqirlə qarşıladılar - VİDEO

Ermənilər Paşinyanın deputatını təhqirlə qarşıladılar -  VİDEO
  22 May 2021    Oxunub:1379
Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan deputatı Nikolay Baqdasaryan avtomobil idarə edərkən bir qrup vətəndaş tərəfindən təhqir edilib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın tərəfdaşı olan deputat şəhərdə şəxsi avtomobilini idarə edərkən tanımadığı şəxslər tərəfindən təhqirlərə məruz qalıb.

“Bu ilk belə hal deyil ki, Nikol Paşinyanın deputatları təhqir və aqressiya ilə üzləşirlər. Nikolay Baqdasaryan da sonuncu olmayacaq”, - deyə erməni KİV-ləri yazıb.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan videoda vətəndaş deputatın ünvanına “satqın”, “kapitulyant” deyə qışqırır.



Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Ermənistan   Paşinyan  





Xəbər lenti