Hərbçi ailələri Akopyanı evlərinə buraxmadılar

 Hərbçi ailələri Akopyanı evlərinə buraxmadılar
  22 May 2021    Oxunub:1389
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan növbəti dəfə mətbuatın hədəfinə tuş gəlib.
Azvision.az xəbər verir ki, buna səbəb Akopyanın bir dəfə açılışı olmuş orta məktəbin idman zalının yenidən açılışını etməsidir.

"Gülməli durumdur. Anna Akopyan 27 aprel tarixində Gorusda artıq bir dəfə açılışı olmuş məktəbin idman zalının yenidən açılışını edib. Fotolardan da göründüyü kimi, aprelin 27-də "Facebook"dakı "Sünik" səhifəsində eyni məktəbin eyni idman zalının açılması ilə əlaqədar bir paylaşım olub. İkinci dəfə açılış etməyin nə mənası vardı?", - erməni KİV-ləri yazıb.

Bundan əlavə, "Hraparak" nəşri Sünikdə olan Anna Akopyanın İkinci Qarabağ müharibəsində ölmüş hərbçilərin ailələrini ziyarətə cəhd etməsi barədə məlumat yayıb. Bildirilib ki, bu günə qədər həmin ailələrdən ona rədd cavabı gəlir və Akopyanın ziyarəti bu səbəbdən reallaşa bilmir.



Tural Tağıyev
Azvision.az


Teqlər: Akobyan   Açılış   Ermənistan  





Xəbər lenti