Nigeriyanın Qərargah rəisi təyyarə qəzasında öldü

Nigeriyanın Qərargah rəisi təyyarə qəzasında öldü
  22 May 2021    Oxunub:941
Nigeriyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə Nigeriyanın Hərbi Hava Qüvvələrinin Tvitter səhifəsində məlumat paylaşılıb.

Kaduna şəhəridə baş vermiş qəza nəticəsində Nigeriya ordusunun Quru Qoşunlarının Qərargah rəisi, general-leytenant İbrahim Attairu daxil olmaqla səkkiz hərbçi həlak olub.

Hadisənin səbəbi hələlik məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Nigeriya   General   Qəza  





Xəbər lenti