“Azərbaycan hələ 2019-cu ildə “Hədəfimiz Şuşadır” mesajını vermişdi” - Ayvazyan

“Azərbaycan hələ 2019-cu ildə “Hədəfimiz Şuşadır” mesajını vermişdi” -   Ayvazyan
  22 May 2021    Oxunub:1694
Tanınmış erməni ictimai fəal Tatev Ayvazyan 2019-cu ilin bu günündə Azərbaycanın hərbi təlimlər keçirərkən Ermənistana hansı mesajlar verdiyini yada salıb.
Azvision.az xəbər verir ki, erməni fəal azərbaycanlıların Qarabağı, xüsusilə də Şuşanı azad etməyə hazırlaşdığı vaxtda Ermənistan rəhbərliyinin lüzumsuz işlərlə məşğul olduğunu deyib.

“Bu foto illər öncə mayın 22-də hərbi təlimlər sonrası çəkilib. Azərbaycan öz hərbçiləri ilə “Hədəfimiz Şuşadır, bizi gözləyin” mesajını vermişdi. Azərbaycan genişmiqyaslı hərbi təlimlər keçirərkən, bizim ölkənin bir nömrəli casusu, dəli və alverçisi (baş nazir Nikol Paşinyanı nəzərdə tutur-red) şou göstərirdi. O, "SU" qırıcısı alıb, dövlət hesabına arvadını İtaliyaya aparırdı”,- deyə Ayvazyan bildirib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Təlim  





Xəbər lenti