Ermənistanda hər bir vətəndaşın azı 3 min dollar borcu var

 Ermənistanda hər bir vətəndaşın azı 3 min dollar borcu var
  22 May 2021    Oxunub:1864
30 aprel 2021-ci il tarixinə olan məlumata əsasən, Ermənistanın dövlət borcu 8.7 milyard ABŞ dollarıdır. İlin əvvəli ilə müqayisədə bu məbləğ 804 milyon ABŞ dolları və ya 10% artıb.
Azvision.az xəbər verir ki, bunu “Daşnaksütyun” partiyasının iqtisadi tədqiqatlar ofisinin eksperti Suren Parsyan bildirib.

“Dövlət borcunun ölkə üçün bir yük olacağı açıqdır, çünki bu məbləğlər əsasən cari xərclərin (əmək haqqı, mükafat, sosial xərclər və s.) maliyyələşdirilməsinə yönəldilmişdir. Mövcud hakimiyyət dövlət borcunu gələcəkdə kimin, nə vaxt və necə ödəyəcəyini düşünmədən onu artırmağa davam edir. Bu hökumət, bir tərəfdən borc alır, digər tərəfdən böyük biznesə pul qaytarır, yəni cəmiyyətin hesabına böyük biznesi təşviq edir. Artıq Ermənistanın hər bir vətəndaşının borcu 2960 dollara çatıb”, - deyə erməni iqtisadçı qeyd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Borc  





Xəbər lenti