Ermənistanda daha 15 nəfər koronavirusdan öldü

Ermənistanda daha 15 nəfər koronavirusdan öldü
  22 May 2021    Oxunub:1023
Ermənistanda son sutka ərzində daha 181 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 221 880 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 15 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4386-ya yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1073 nəfərdir.

Aktiv xəstələrin sayı 5586 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  



Xəbər lenti