Rusiyada COVİD qurbanlarının sayı 118 mini keçib

Rusiyada COVİD qurbanlarının sayı 118 mini keçib
  22 May 2021    Oxunub:1383
Rusiyada son sutka ərzində koronavirusa 8709 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 992 554 nəfərə çatıb.

Rusiyada son bir gündə 386 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 118 125 nəfərdir. İndiyədək 4 610 465 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti