Blinken İsraili və Qərb Sahilini ziyarət edəcək

Blinken İsraili və Qərb Sahilini ziyarət edəcək
  22 May 2021    Oxunub:1113
ABŞ-ın dövlət katibi Entoni Blinken 26-27 may tarixində İsraili və İordan çayının Qərb Sahilini ziyarət edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays səfər barədə danışsa da, tarixi açıqlamamışdı.

Qeyd olunub ki, Blinken Qəzza zolağı ilə İsrail arasında barışığı "inkişaf etdirmək" üçün 26-27 may tarixlərində İsrail və Qərb Sahilini ziyarət edəcək.

Bundan əlavə, Blinken Yaxın Şərqə səfəri zamanı Misirə də gedəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: EntoniBlinken  



Xəbər lenti