Ermənistanda əsgər itkin düşüb
Qeyd edilir ki, Vardenis ərazisində xidmətdə olan əsgərlərdən biri naməlum şəkildə itkin düşüb.
Məlumata görə, Tavuş bölgəsinin Koxb kənd sakini olan əsgər Vardenisdə itib. Koxb icmasının rəhbəri Arsen Aqababyan mətbuata açıqlamasında deyib ki, itkin düşən 18 yaşlı gənc üç ayın əsgəri olub:
"Sonuncu dəfə internetə Vardenis ərazində girib. Bundan başqa bir məlumatımız yoxdur. Hazırda polis onun axtarışına çıxıb".
Tural Tağıyev
Azvision.az
Teqlər: Əsgər Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


