"Avropa İttifaqı Rusiya ilə dialoq qurmaq istəyir" - Avstriya XİN

"Avropa İttifaqı Rusiya ilə dialoq qurmaq istəyir" -  Avstriya XİN
  22 May 2021    Oxunub:1864
Avropa İttifaqı Rusiya ilə dialoq qurmaq istəyir.
Azvision.az xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Aleksandr Şallenberq söyləyib.

Onun sözlərinə görə, hazırda Aİ ilə Rusiya arasında münasibətlər gərgindir.

“Necə deyərlər, tanqo ikilikdə oynanılır. Aİ dialoq istəyir. Dialoq üçün kanallar istəyirik, amma bunun üçün qarşı tərəfidən cavab reaksiyası tələb olunur ”, - nazir deyib.

“İndi Rusiyanın marağı yoxdur. Bu yaxınlarda Moskvadan aldığımız müvafiq siqnallar var”.

Aprel ayında Şallenberq bütün diqqətin Rusiya ilə dialoqa yönəltməyin və əlavə sanksiyalar tətbiq edilməsindən imtina etməyin lazım olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya    



Xəbər lenti