Ukrayna Krımdakı referenduma qadağa qoydu

Ukrayna Krımdakı referenduma qadağa qoydu
  07 Mart 2014    Oxunub:906
Aleksandr Turçinov Krım Ali Məclisinin “Ümumkrım referendumunun keçirilməsi” barədə qərarının dayandırılması ilə bağlı fərman verib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, martın 16-da Krımın müqəddəratını təyin edəcək referendum rəsmi Kiyev tərəfindən qadağan olunub.

Bununla bağlı Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov xüsusi fərman verib.
Krım parlamentinin spikeri Vladimir Konstatinov isə referendum qərarının əksər deputatlar tərəfindən dəstəkləndiyini və referendum məsələsinin dərhal icra olunacağını vurğulayıb.

Xatırladaq ki, Ukraynada siyasi böhran 2013-cü ilin noyabrın 21-dən başlamışdı. Fevralın 22-də Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi ilə Krım və Şərqi Ukraynadakı rusdilli əhali yeni iqtidara qarşı çıxış edirlər.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti