Koronavirus vaksini 9 nəfəri milyarder etdi

 Koronavirus vaksini 9 nəfəri milyarder etdi
  22 May 2021    Oxunub:2152
Koronavirus vaksini istehsal edən əczaçılıq kompaniyalarının gəlirlərinin artması nəticəsində dünyada doqquz nəfər milyarder olub.
Azvision.az xəbər verir ki, yeni milyarderlər sırasına ABŞ-ın “Moderna” kompaniyasının dörd nümayəndəsi - Baş direktor Stefan Bansel, həmtəsisçi Nubar Afeyan, sərmayəçilər Timoti Springer və Robert Langer daxil olub.

Siyahıda, həmçinin “BioNTech” kompaniyasının rəhbəri Uğur Şahin, İspaniyanın “Rovi” əczaçılıq kompaniyasının Baş direktoru Huan Lopes-Belmonte və Çinin “CanSino Biologics” kompaniyasının üç həmtəsisçisi yer alıb.

Yeni milyarderlərin varidatının ümumi həcminin 19,3 milyard dollara çatdığı qeyd olunub.

Azvision.az


Teqlər: Vaksin  



Xəbər lenti