Türkiyədə gündəlik yoluxma sayı 8 minə düşdü

   Türkiyədə gündəlik yoluxma sayı 8 minə düşdü
  22 May 2021    Oxunub:1827
Türkiyədə son sutka ərzində 231 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 8697 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 178 min 648, pandemiya qurbanlarının sayı isə 46 min 071 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 13 min 111 pasiyent (son sutkada 14 472 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti