Avropa ölkəsi Türkiyədən “Bayraktar” alır

   Avropa ölkəsi Türkiyədən “Bayraktar” alır
  22 May 2021    Oxunub:1949
Polşa Türkiyədən tank əleyhinə raketlərlə silahlanmış 24 ədəd pilotsuz uçuş aparatı (PUA) almaq qərarına gəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Mariuş Blaşak bildirib. Onun sözlərinə görə, alınacaq PUA-lar Avropanın şərqdəki döyüşlərdə uğurlu olan və Yaxın Şərqdə özünü yaxşı cəhətdən göstərən “Bayraktar”lardır.

“İndiyə qədər Polşa Silahlı Qüvvələrində mövcud olmayan, lakin yoxlanılmış, effektiv və təcavüzkarı qorxuya salan silahlar orduya daxil olacaq”, - deyə nazir vurğulayıb.

O, həmçinin PUA-ların alınması barədə müqavilənin Polşa Prezidenti Anjey Dudanın mayın 24-də Türkiyəyə səfəri zamanı imzalanacağını diqqətə çatdırıb.

Bundan əlavə, “Bayraktar” pilotsuz uçuş aparatlarının ilk partiyasının 2022-ci ildə Polşa ordusuna daxil olacağını deyən M.Blaşak müqavilə çərçivəsində maddi-texniki və təlim paketinin də əldə ediləcəyini vurğulayıb.



Xatırladaq ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının fəaliyyət radiusu 150 kilometrdir. Sürəti saatda 130 kilometrə çatan və 50 kiloqram faydalı yük daşıya bilən aparat avtomatik uçuş və eniş sistemi ilə təchiz olunub.

Azvision.az


Teqlər: PUA   Bayraktar  



Xəbər lenti