COVID-19 Almaniyaya 300 milyard avro ziyan vurub

 COVID-19 Almaniyaya 300 milyard avro ziyan vurub
  23 May 2021    Oxunub:1647
Koronavirus böhranı Almaniya iqtisadiyyatına 300 milyard avro ziyan vurub.
Azvision.az xəbər verir ki, Kölndəki Almaniya İqtisadiyyat İnstitutu tərəfindən belə bir qiymətləndirmə aparılıb. İnstitutun rəhbəri "Welt" qəzetinə müsahibəsində qeyd edib ki, pandemiyanın vurduğu zərərlərin ödənilməsi üçün illər lazımdır.

"Peyvəndləmə sürəti artır, bu iqtisadiyyat üçün vacib siqnaldır. Ancaq böhranın artıq heç bir iz qoymayacağı ilə bağlı illüziyalar yaratmamalıyıq. Koronavirus olmasaydı, iqtisadiyyat əhəmiyyətli dərəcədə böyüyəcəkdi", - deyə Mihael Hyuter bildirib.

Qeyd edək ki, Almaniyada epidemiyanın başlanğıcından bəri 3 648 958 nəfər koronavirusa yoluxub, 87 380 xəstə ölüb, 3,3 milyondan çox insan sağalıb.

Azvision.az


Teqlər: Almaniya  



Xəbər lenti