Ermənistanda yoluxma sayı 222 minə çatır

Ermənistanda yoluxma sayı 222 minə çatır
  23 May 2021    Oxunub:1212
Ermənistanda son sutka ərzində daha 68 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 221 948
nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 6 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4392-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1074 nəfərdir.

Aktiv xəstələrin sayı 5425 nəfər təşkil edir.

Azvision.az



Teqlər: Ermənistan   Koronavius  



Xəbər lenti