Festivalda hava şarı partladı: Ölən və yaralılar var

Festivalda hava şarı partladı:  Ölən və yaralılar var
  23 May 2021    Oxunub:1466
Ukraynada içərisində insanlar olan hava şarının yerə düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Polis Bölgə İdarəsinin mətbuat xidmətindən bildirilib.

Hadisə hava şarlarının festivalı zamanı Xmelnitski bölgəsində baş verib. Qəza nəticəsində 53 yaşlı kişi həlak olub, onun ailə üzvləri və şarı idarə edən pilot isə yaralanıb.

Polis faktla əlaqədar "hava uçuşları qaydalarının pozulması" maddəsi ilə cinayət işi açıb. Hadisəyə səbəb olan şəxslər 12 ilə qədər həbs cəzası ala bilərlər.

Azvision.az


Teqlər: Ukrayna  



Xəbər lenti