Rusiyada koronavirusa yoluxma sayı 5 milyonu ötdü

Rusiyada koronavirusa yoluxma sayı 5 milyonu ötdü
  23 May 2021    Oxunub:1309
Rusiyada son sutka ərzində koronavirusa 8951 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 001 505 nəfərə çatıb.

Rusiyada son bir gündə 357 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 118 482 nəfərdir. İndiyədək 4 617 762 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti