Hulusi Akar: “Ağıllarını başlarına yığsınlar”

  Hulusi Akar:  “Ağıllarını başlarına yığsınlar”
  23 May 2021    Oxunub:1180
"Cari ilin yanvar ayından bu günə qədər 1107 terrorçu zərərsizləşdirilib".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirib ki, aprelin 23-dən başladılan "Pəncə Şimşək" və "Pəncə İldırım" əməliyyatları çərçivəsində 124 terorçu məhv edilib.

"Terrorçuların yuvaları başlarına dağıdıldı və proses davam edir. Oradakı bütün mağara, dərə və təpələr bir-bir mehmetçiklər tərəfindən yoxlanıllır".

YPG ilə PKK arasında fərq olmadığını dilə gətirən Akar əlavə edərək bildirib:

"YPG və PKK-nın bir-birindən fərqi yoxdur. Ağıllarını başlarına yığsınlar. Bu mövzuda qərarımız ortadadır. Bunu da hər kəsin görməsi lazımdır".

Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti