ABŞ-ın bir neçə ştatı böcəklərin hücumuna məruz qaldı

ABŞ-ın bir neçə ştatı böcəklərin hücumuna məruz qaldı
  23 May 2021    Oxunub:1766
ABŞ-ın bir neçə ştatının sakinləri dövri qanadlı böcəklərin hücumundan narahatdır. Müxtəlif rayonlardan olan istifadəçilər həşəratların toplaşmasını sosial şəbəkələrdə paylaşırlar.
“NBC News” telekanalının yaydığı məlumata əsasən, böcəklərə Virciniya, Merilend və Corciya ştatlarında daha çox rast gəlinir. Lakin yaxın vaxtlarda şərq sahilinin əksər hissəsində temperaturun yüksəlməsi nəticəsində qanadlı həşəratların kəskin artması gözlənilir.

Mütəxəssislərin fikrincə, bu həşəratlar torpaq altından son 17 ildə ilk dəfədir çıxır.

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti