COVİD-in tüğyan etdiyi ölkədə daha bir təhlükə

 COVİD-in tüğyan etdiyi ölkədə daha bir təhlükə
  23 May 2021    Oxunub:1039
Hindistanın Qujarat və Maharaştra əyalətlərində iki mindən çox insan təhlükəli göbələk xəstəliyi olan mukormikoza yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə "News-18" telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Qujaratda 2281, Maharaştrada isə 2000 nəfərdə mukormikoz xəstəsi müəyyən edilib.

Hindistanın Kimya Sənayesi və Gübrə İstehsalı Nazirliyinin rəhbəri Sadananda Qovda Twitter səhifəsində ölkədə bu infeksiyaya yoluxanların ümumi sayının 8848 nəfər olduğunu yazıb.

Mütəxəssislərin fikrincə, bu xəstəlik koronavirusa yoluxan və uzun müddət oksigen dəstəyi alan koronavirus xəstələrində müşahidə olunur.

Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti