İranda daha 216 nəfər koronavirusdan öldü

İranda daha 216 nəfər koronavirusdan öldü
  23 May 2021    Oxunub:1508
İranda son sutka ərzində 216 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 78 597 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 8631 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 832 518-ə yüksəlib.

Məlumatda, həmçinin 4855 nəfərin ağır vəziyyətdə olduğu, 2 333 789 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti