İtaliyada funikulyor qəzasında 12 nəfər ölüb - YENİLƏNİB

İtaliyada funikulyor qəzasında 12 nəfər ölüb -  YENİLƏNİB
  23 May 2021    Oxunub:1815
İtaliyanın şimalında (Piemont bölgəsi) funikulyorda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər yayıb.

***
İtaliyanın Piemont bölgəsində funikulyor qəzası nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.

Azvision.az xəbər verir ki, bu barədə "Rainews 24" telekanalı məlumat yayıb.

Hadisə Streza yaşayış məntəqəsini Laqo Macore gölünün sahili və Monterone dağı ilə birləşdirən kanat yolunda, 1,5 km hündürlükdə qeydə alınıb. Vaqonda 10 nəfərdən çox adamın olduğu qeyd edilir.

Hadisə qurbanlarının sayının artacağı ehtimal olunur. Qəza yerinə xilasedicilər cəlb olunub.

Azvision.az


Teqlər: İtaliya  





Xəbər lenti