Polşa Prezidenti Türkiyəyə səfər edəcək

Polşa Prezidenti Türkiyəyə səfər edəcək
  23 May 2021    Oxunub:1273
Polşa Prezidenti Andjey Duda sabah Türkiyəyə rəsmi səfər edəcək.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.

Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, görüş çərçivəsində Türkiyə-Polşa münasibətləri hərtərəfli nəzərdən keçiriləcək, tərəflər əməkdaşlığı inkişaf etdirmək üçün mümkün addımları müzakirə edəcəklər. Həmçinin regional və beynəlxalq proseslər, ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edilib ki, səfər zamanı Türkiyədən Polşaya pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair sənəd imzalancaq.

Azvision.az


Teqlər:





Xəbər lenti