Dünyada 1 milyarddan çox peyvənd vurulub

 Dünyada 1 milyarddan çox peyvənd vurulub
  23 May 2021    Oxunub:1386
Bu günə qədər dünyada COVID-19 əleyhinə 1 milyard 650 milyon dozadan çox peyvənd vurulub.
Azvision.az "Ourworldindata.org" saytına istinadən xəbər verir ki, Çin 497 milyon 270 min doza ilə virus əleyhinə peyvəndin ən çox tətbiq edildiyi ölkədir.

Növbəti sıralarda 283 milyon 940 min doza ilə ABŞ, 190 milyon 840 min doza ilə Hindistan, 59 milyon 800 min ilə Böyük Britaniya və digər ölkələr yer alıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 167 milyon 105 min nəfərə çatıb, 3 milyon 470 mindən çox insan dünyasını dəyişib.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti