Kapitoliyə hücumdan sonra 70-dən çox polis işdən çıxıb

Kapitoliyə hücumdan sonra 70-dən çox polis işdən çıxıb
  23 May 2021    Oxunub:1726
Cari ilin yanvar ayında ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarlarının ABŞ Konqresinin binasına (Kapitoliyə) hücumundan sonra 70-dən çox polis işdən çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Kapitoli polis birliyinin rəhbəri Guus Papatanasiou bildirib ki, polislər iş günlərinin uzanmasından və məlum hadisələrin travmatik nəticələri səbəbindən işi tərk edirlər:

"Gecələri yata bilmirəm, yalnız yeni polislərin işə götürülməsindən narahat deyiləm. Ən böyük problem indiki polislərin vəzifələrində saxlamaqdır".

Qeyd edək ki, Kapitoliyə basqın 6 yanvar tarixində baş verib. Tramp tərəfdarları binaya hücum edərək Senat Zalını mühasirəyə alıblar. Etirazlar nəticəsində beş nəfər öldürülüb, onlarla adam həbs olunub.

Azvision.az


Teqlər: ABŞ   Polis  





Xəbər lenti