Dünyada koronavirusa yoluxma sayı 167 milyonu keçdi

Dünyada koronavirusa yoluxma sayı 167 milyonu keçdi
  24 May 2021    Oxunub:815
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 167 milyon 531 min 200 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 478 min 418 nəfərdir. İndiyədək 148 milyon 547 min 145 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, son sutka ərzində dünyada COVID-19-a yoluxanların sayı 563 692, infeksiyadan ölənlərin sayı isə 12 457 nəfər təşkil edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 896 660 nəfər virusa yoluxub, 604 087 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 26 752 447 nəfərdə virus aşkar edilib. Xəstələrdən 303 751 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 083 573 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 449 185 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 603 666 yoluxma, 108 596 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 186 487 nəfər virusa yoluxub ki, onlardan 46 268-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti