Əbu-Dabiyə gedən azərbaycanlılar karantinə alınmayacaq

 Əbu-Dabiyə gedən azərbaycanlılar karantinə alınmayacaq
  24 May 2021    Oxunub:931
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi mayın 23-dən etibarən bu şəhərdə COVID-19-la bağlı karantindən azad olunan ölkə vətəndaşları üçün yeni “yaşıl siyahını” açıqlayıb.
Azvision.az xəbər verir ki, aprelin 25-də elan edilmiş “Yaşıl siyahı”ya daha 6 ölkə - Azərbaycan, ABŞ, Almaniya, Qırğızıstan, Moldova və İspaniya əlavə olunub.

Beləliklə, ümumilikdə Əbu-Dabiyə giriş etdikdən sonra karantin müddəti keçməyəcək. Əbu-Dabi aeroportunda onlardan yalnız COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunacaq.

Azvision.az


Teqlər: Əbu-Dabi  





Xəbər lenti