Japarov Putinlə danışıqlara getdi

Japarov Putinlə danışıqlara getdi
  24 May 2021    Oxunub:732
Qırğızıstan Prezidenti Sadır Japarov Soçiyə işgüzar səfərə gedib.
Azvision.az xəbər verir ki, bu barədə Japarovun mətbuat xidməti məlumat yayıb.

Qırğızıstan lideri səfər zamanı rusiyalı həmkarı Vladimir Putin ilə danışıqlar aparacaq. Onlar ikitərəfli əməkdaşlığın aktual məsələlərini, Qırğızıstan və Rusiya arasındakı əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə etməyi planlaşdırır. Tərəflər, həmçinin koronavirus pandemiyasına qarşı tədbirləri və Qırğızıstana Rusiya peyvəndlərinin tədarükünü müzakirə etmək niyyətindədirlər.

Qırğızıstan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Ruslan Kazakbayev, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Dastan Duşekeyev və Rusiyadakı səfir Gülnara-Klara Samat daxildir.

Qeyd edək ki, 24 fevralda Japarov ilk rəsmi səfərini Moskvaya edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qazaxıstan   Rusiya   Putin  





Xəbər lenti