Qaxda 3 ton çətənə kolu məhv edildi

Qaxda 3 ton çətənə kolu məhv edildi
  24 May 2021    Oxunub:980
“Xaşxaş 2021” şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

Azvision.az


Teqlər: Qax   Çətənə   Kol  





Xəbər lenti