Ermənistanda virusdan ölənlərin sayı 4394-ə çatdı

Ermənistanda virusdan ölənlərin sayı 4394-ə çatdı
  24 May 2021    Oxunub:625
Ermənistanda son sutka ərzində daha 34 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 221 982 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4394-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1075 nəfərdir.

Aktiv xəstələrin sayı 5138 nəfər təşkil edir.

Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti