Ermənistan Baş Qərargahında yeni müavin təyinatı

  24 May 2021    Oxunub :369
Ermənistan Baş Qərargahında yeni müavin təyinatı
General-mayor Edvard Asryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın təklifi ilə prezident Armen Sarkisyan fərman imzalayıb.

General-mayor Edvard Asryan bundan əvvəl Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: EdvardAsryan