Qarabağ müharibəsi dünyada “Bayraktar”a marağı artırıb

Qarabağ müharibəsi dünyada “Bayraktar”a marağı artırıb
  24 May 2021    Oxunub:2137
Türkiyədə istehsal olunan pilotsuz silahlı uçuş aparatları (SİHA) Suriya, Liviya və son olaraq Dağlıq Qarabağdakı uğurları ilə müharibə metodlarını dəyişdirib. Ölkənin sərhədləri xaricində düşmənin hərəkət dairəsini məhdudlaşdıran SİHA-ların effektivliyi dünyanın diqqətini çəkməyə davam edir.
Azvision.az xəbər verir ki, yerli imkanlarla hazırlanan Bayraktar TB2 PUA-ları hazırda Qətər, Liviya, Ukrayna və Azərbaycan ordusunun istifadəsindədir.

Son olaraq Polşa Türkiyədən 24 ədəd PUA alacağını açıqlayıb. Belə ki, Polşa Prezidenti Andjey Dudanın Türkiyəyə səfəri zamanı sazişin imzalanması gözlənilir.

Bu dövlətlərlə yanaşı, daha 7 ölkənin Bayraktar TB2 üçün növbədə olduğu qeyd edilib. Macarıstan, Bolqarıstan, Serbiya, Mərakeş, Malayziya, Qazaxıstan və Pakistanın da adıçəkilən pilotsuz vasitələrlə yaxından maraqlandığı bildirilib. Həmçinin, bu ölkələrin satınalma variantını ciddi şəkildə nəzərdən keçirdiyi deyilir.



Qeyd edək ki, Türkiyə istehsalı olan "Bayraktar" PUA-ları ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən uğurla istifadə olunub. Sözügedən PUA-lara 44 günlük Vətən Müharibəsindən sonra dünyada maraq artıb. Artıq bəzi ölkələr "Bayraktar" almağa can atırlar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bayraktar  





Xəbər lenti