“Böhrana baxmayaraq, müsbət irəliləyişlər əldə edilib” - Tahir Mirkişili

“Böhrana baxmayaraq, müsbət irəliləyişlər əldə edilib” -  Tahir Mirkişili
  24 May 2021    Oxunub:1124
2020-ci il Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazanaraq, 30 ilə yaxın davam edən münaqişəyə son qoydu.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, Azərbaycan ötən ildə 3 cəbhədə - informasiya, hərbi və iqtisadi böhranla mübarizə cəbhəlində mübarizə aparıb.

"2020-ci il həm də dövlətimiz tərəfindən preventiv və çevik addımların atılması ilə əlamətdar il kimi yadda qaldı. Ötən il pandemiyaya və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı, enerji və digər sahələrdə müsbət irəliləyişlər əldə edilib".

Azvision.az


Teqlər: Komitə   Sədr   MM  





Xəbər lenti