Latviya Belarus üzərindən uçuşları dayandırdı

Latviya Belarus üzərindən uçuşları dayandırdı
  24 May 2021    Oxunub:844
Latviyanın “AirBaltic” hava yolu şirkəti Belarus üzərindən uçmamaq barədə qərar verib.
Azvision.az xəbər verir ki, bununla bağlı ölkənin nəqliyyat naziri Talis Linkayts bildirib.

Belə bir qərar Afina-Vilnüs reysini yerinə yetirən “Ryanair”ə məxsus təyyarənin Minskə təcili enişindən sonra qəbul edilib. Nazir, baş verən vəziyyəti qeyri-adi adlandırıb və bunun çoxlu suallar doğurduğunu vurğulayıb.

"Milli hava yolu şirkətimiz “AirBaltic” davamlı olaraq müxtəlif ölkələrin hava məkanındakı təhlükəsizlik vəziyyətini izləyir, artıq uçuşlarında Belarus hava məkanından istifadə etməməyə qərar verdi".

Xatırladaq ki, mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” təyyarəsi göyərtədəki bomba xəbərinə görə təcili olaraq Minskə eniş edib. Bomba barədə məlumat təsdiqini tapmayıb. Belarusda ekstremist kimi tanınan “NEXTA” Telegram kanalının qurucusu Roman Protaseviç də təyyardə olub və o, eniş zamanı saxlanılıb.

Aviaşirkət, təyyarənin Belarus hava hərəkəti nəzarətçilərinin təlimatı səbəbiylə təcili eniş etdiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Latviya  





Xəbər lenti