Bu il Həccə getməyin şərtləri açıqlandı

Bu il Həccə getməyin şərtləri açıqlandı
  24 May 2021    Oxunub:973
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarların Həcc ziyarəti ilə bağlı qərarını açıqlayıb.

Azvision.az xəbər verir ki, 9 səhifəlik sənəddə Həcc qaydaları və kvotalar izah edilib. Məlumata əsasən, bu il koronavirus pandemiyası səbəbindən əvvəlki illərə nisbətən daha az kvota veriləcək.
Ölkənin Səhiyyə Nazirliyi Həcc ziyarəti üçün xaricdən 45 min, ölkə daxilindən isə 15 min şəxs üçün kvota ayrılacağını elan edib.

Əsas qaydalar aşağıdakılardır:

- Zəvvarlar 18-60 yaş arasında olmalıdır.

- Həcc ziyarətinə gedənlər son 6 ayda hər hansı xəstəliklə əlaqədar xəstəxanada yatmamalıdır.

- Zəvvarların hər ölkənin səhiyyə təşkilatı, xəstəxanası və nazirliyi tərəfindən hər iki doz peyvənd aldıqlarına dair sənəd olmalıdır.

- Vurulan peyvənd Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda olmalıdır.

- Səudiyyə Ərəbistanına gəldikdən sonra şəxslər zəvvar kimi təsnif edilərsə, üç gün karantində qalacaqlar.

- Peyvəndin ikinci dozası Səudiyyə Ərəbistanına gəlmədən ən azı 14 gün əvvəl olmalıdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Həcc   Kvota  





Xəbər lenti