Ermənilər Paşinyanı belə alçaltdılar

 Ermənilər Paşinyanı belə alçaltdılar
  24 May 2021    Oxunub:833
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana qarşı növbəti dəfə kampaniya başladılıb.
Azvision.az xəbər verir ki, müxtəlif şəhər və rayonlarda, insanların çoxluq təşkil etdiyi ərazilərdə Paşinyanın adı yerə yazılır.

Aksiya təşkilatçıları bunun rəmzi məna daşıdığını bildiriblər. İnsanların ayaqları altında qalan Paşinyanın adının qarşısında müxtəlif ifadələr də həkk olunub. İlk belə hal Qafanda baş verib.

Xatırladaq ki, Ermənistanda oxşar aksiyalar əvvəlki aylarda da keçirilib. Məqsəd Paşinyanın nüfuzunun ayaqlar altında olduğunu göstərməkdir.



Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Qafan  





Xəbər lenti