Çindən Azərbaycan və Ermənistana dialoq çağırışı

Çindən Azərbaycan və Ermənistana dialoq çağırışı
  24 May 2021    Oxunub:1526
Rəsmi Pekin Ermənistan və Azərbaycanın mövcud ziddiyyətləri dialoq yolu ilə həll edə biləcəklərinə ümid edir.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çyao Lijian deyib.

“Azərbaycan və Ermənistan Çinə dost olan tərəfdaşlardır. Çin səmimi qəlbdən tərəflərin fikir ayrılıqlarını və ziddiyyətləri dialoq yolu ilə həll edə biləcəklərini, bölgədəki sülhü və sabitliyi, eyni zamanda xalqların dincliyini qoruyacaqlarını ümid edir", - XİN rəsmisi vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   İrəvan   Ermənistan  





Xəbər lenti