Rusiyada koronavirusdan daha 319 nəfər ölüb

Rusiyada koronavirusdan daha 319 nəfər ölüb
  24 May 2021    Oxunub:1483
Rusiyada son sutka ərzində koronavirusa 8406 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 009 911 nəfərə çatıb.

Rusiyada son bir gündə 319 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 118 801 nəfərdir. İndiyədək 4 624 212 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti